EN

“Şimal Axını” işi üzrə həbs olunan ukraynalı İtaliyada aclıq aksiyasına BAŞLADI

“Şimal Axını 2” partlayışında şübhəli bilinən ukraynalı Sergey Kuznetsov İtaliya həbsxanasında aclıq elan edib.

İnterpress.az xəbər verir ki, bu barədə onun vəkili məlumat verib.

“Şimal Axını” hadisəsində şübhəli bilinən ukraynalı Sergey Kuznetsov İtaliya həbsxanasında aclıq aksiyasına başlayıb.

Vəkil bildirib ki, Kuznetsov 31 oktyabrdan qidalanmaqdan imtina edir və insani şərait, ədalətli münasibət və ailə görüşlərinə bərabər hüquq tələb edir.

Hazırda o, Almaniya tərəfindən verilmiş Avropa həbs orderi üzrə qərarı gözləyir.

Bolonya məhkəməsi onun Almaniyaya təhvil verilməsini qərara alsa da, müdafiə tərəfi qərardan Ali Məhkəməyə şikayət edib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
32
interpress.az

1Sources