Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycanlı UEFA nümayəndəsi Orxan Hüseynzadə beynəlxalq təyinat alıb.
AZƏRTAC xəbər verir ki, o, Konfrans Liqasının əsas mərhələsində Avstriyada “Rapid” və Rumıniyanın “Universitatya” komandaları arasında keçiriləcək III tur oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma noyabrın 6-da Vyana şəhərində yerləşən “Alyans” stadionunda təşkil olunacaq.