EN

Azərbaycanlı analitik İrəvanda Zəngəzur dəhlizindən danışdı

BAKI, 4 noyabr. TELEQRAF

“Azərbaycan ümid edir ki, ABŞ ölkənin əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz keçidin təşkilinə yardım göstərmək məsuliyyətini öz üzərinə götürəcək”.

Teleqraf xəbər verir ki, bunu azərbaycanlı ekspert Zaur Şiriyev İrəvanda keçirilən “Orbeli: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” Forumundan sonra jurnalistlərə deyib.

Jurnalistlərin Bakıda “maneəsiz keçid” ifadəsinin necə başa düşüldüyü barədə sualına cavab verən Şiriyev qeyd edib ki, konkret təfərrüatlar əməli mərhələdə aydın olacaq:

“Hələlik bunun tam olaraq nə demək olduğunu irəlicədən söyləmək mümkün deyil, proses həyata keçirilərkən bəlli olacaq”.

Zaur Şiriyev əlavə edib ki, Zəngəzur dəhlizi termini Azərbaycanda mənfi məna daşımır - Ermənistanda formalaşmış təsəvvürün əksinə olaraq. Onun sözlərinə görə, söhbət təkcə TRIPP marşrutundan deyil, bütövlükdə regionda genişmiqyaslı nəqliyyat əlaqələrindən gedir.

O həmçinin qeyd edib ki, keçidin formatı və mexanizmləri müəyyən edilərkən avqustun 8-də imzalanmış Vaşinqton bəyannaməsi nəzərə alınmalıdır.

Chosen
48
4
teleqraf.com

6Sources