EN

Bakıda məşhur hotel müsadirə olundu – 3 milyona satılır

Bakıda fəaliyyət göstərən “Park Dedeman” hoteli müsadirə olunub.

Hurriyyet.az "Teleqraf"a istinadla bildirir ki, hotel dövlət hərracında satılacaq.

Maraqlıdır ki, satışa hotelin ikinci mərtbəsi və zirzəmisi çıxarılıb. Bu isə ümumilikdə 1745.5 kv.m deməkdir.

Satışa çıxarılan hissənin ilkin bazar qiyməti 3 milyon 140 min manatdır.

Qeyd edək ki, sözügedən hotel Bakının Səbail rayonu ərazisində yerləşir. Hotelin 95 otağı mövcuddur.

Chosen
34
5
hurriyyet.az

9Sources