EN

Deputat: Son altı ayda Naxçıvanda demək olar ki, yeni iş yeri açılmayıb

Milli Məclisin deputatı Fazil Mustafa Naxçıvan Muxtar Respublikasında iqtisadi aktivliyin zəif olduğunu açıqlayıb. Deputat bu barədə 2026-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı deyib. 

Onun sözlərinə görə, bölgədə son altı ayda demək olar ki, yeni iş yerləri yaradılmayıb.

“Naxçıvanda, xüsusən Kəngərli və Ordubad rayonlarında son altı ayda bir dənə də iş yeri açılmayıb. Sədərək və Culfa rayonlarında isə cəmi bir-iki iş yeri yaradılıb. Əgər bu templə davam etsək, əhalini bölgəyə qayıtmağa təşviq edə bilmərik,” — Fazil Mustafa parlament iclasında deyib.

Deputat regionların inkişafının real iqtisadi təşəbbüslərlə dəstəklənməsinin vacibliyini vurğulayıb və qeyd edib ki, Naxçıvanda məşğulluq səviyyəsinin artırılması üçün dövlət və özəl sektorun birgə fəaliyyətinə ehtiyac var.

Gülnar Nazimqızı

Chosen
43
anews.az

1Sources