EN

"Pulların bu formada xərclənməsi düzgün deyil" - Deputat ezamiyyələrin azaldılmasını təklif etdi

"Görülən müsbət işlər deyildi. Bunları təqdir edirəm. Hesab edirəm ki, bəzi tənqidi fikirlərimi hökumət üzvləri eşitməlidir. İqtisadiyyatımız neft gəlirlərindən asılı olaraq qalır. Neft qiymətinin büdcədə 65 dollar götürülməsi qeyd edildi. Ola bilsin ki, qarşıdakı ildə daha da baha olsun. Amma bunun azalması ehtimalı da var".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, gələn ilin büdcəsində elm xərcləri üçün 229 milyon manat nəzərdə tutulub. Onun sözlərinə görə, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün bir il ərzində nəzərdə tutulan xərclər 239 milyon manatdır: "Avropa İttifaqında elmə ayrılan vəsait ÜDM-in orta hesabla 2,2 faizini, bizdə isə 0,2 faizini təşkil edir. Belə olduğu halda bizim bu istiqamətdə ciddi nailiyyətlər əldə edəcəyimizdən söhbət gedə bilməz".

Q.Həsənquliyev xarici ezamiyyələrin azaldılmasını təklif edib: “Əvvəllər bizim torpaqlarımız işğal altında idi. Çox sayda tədbirlər keçiridik, özümüz tədbirlərə gedirdik. Çalışırdıq ki, hər imkandan istifadə edib, Ermənistanın işğalından danışaq. İndi torpaqlarımızı işğaldan azad eləmişik.  Xaricə ezamiyyələrin sayı olduqca azaldılmalıdır. Bizim səfirliklərimiz var, beynəlxlaq tədbirlərdə onlar iştirak etməldirilər. Cənab Prezident, Milli Məclisin sədri, prezidentin köməkçiləri və müxtəlif nazirlər tapşırıqla səfərlərə göndərilir ki, bu, olduqca vacibdir. Amma mərkəzi icra hakimiyyətinin orqanları bir çox hallarda bu ezamiyyələrə olduqca böyük vəsait sərf edirlər. Bu cür çətinliklə qazanılan pulların bu formada xərclənməsini düzgün hesab etmirəm".

Anar Kəlbiyev

Chosen
46
50
unikal.az

10Sources