“Məni məcbur edirlər ki, ərizə yazım və 5-ci dərəcəni 4-ə endirim. Mən razı deyiləm, çünki bu həm mənim peşə nüfuzuma, həm də ailə vəziyyətimə zərbə vurur. Əməkhaqqım azalacaq, ailəmi dolandırmaq çətinləşəcək,” – deyə o bildirir.
Şəhid övladı olduğunu qeyd edən Mehdiyev, himayəsində iki azyaşlı övladın və xəstə anasının olduğunu, ailənin bütün maddi yükünün onun üzərində qaldığını vurğulayıb. O, həmçinin dəfələrlə rəhbərliyə ailə vəziyyəti və şəhid ailəsi statusu ilə bağlı müraciət etdiyini, lakin heç bir dəstək görmədiyini qeyd edib. Hazırda Tural Mehdiyev məsələ ilə bağlı aidiyyəti qurumların müdaxiləsini və ona qarşı edilən haqsızlığın aradan qaldırılmasını istəyir.Mövzu ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mövqeyini öyrənməyə çalışacağıq.