“Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç Monteneqro millisinə dəvət edilib.
"Football-plus.az" xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsində Cəbəllütariq (14 noyabr) və Xorvatiya (17 noyabr) ilə oyunlarda iştirak edə bilər.
Monteneqro milli komandası L qrupunda 7 turdan sonra 6 xalla 4-cü pillədədi. Xorvatiya isə 16 xalla qrupun lideridi.