Azərbaycanda 2026-cı ilin sentyabrında karate üzrə Avropa çempionatı keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov mətbuat konfransında danışıb. O, atıq turnirin təşkili ilə əlaqədar rəsmi qərar qəbul olunduğunu bildirib.
Novruzov qərarın 2025-ci ilin avqust ayında keçirilmiş Avropa Karlar İdman Təşkilatının konqresində verildini deyib.