İrəvan və Vaşinqton Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək dəmir yolunun tikintisi ilə bağlı danışıqlar aparır.
"Operativ Məlumat Mərkəzi-OMM" "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
"Niyə məhz ABŞ? Çünki bu "Tramp marşrutu" layihəsinin ayrılmaz hissəsidir", - o deyib.
Paşinyan əlavə edib ki, Rusiya regional kommunikasiyaların açılmasından sonra Azərbaycandan Ermənistana dəmir yolu nəqliyyatı ilə məşğul ola biləcək.