
"Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri 483 milyon manat məbləğində müəyyən edilib. Muxtar respublikanın gəlirləri cari illə müqayisədə növbəti ildə 52 milyon manat (24%) artır, xərcləri isə 22 milyon azalıb".
Kommersant.az xəbər verir ki, bunu büdcə müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Nazirin sözlərinə görə, bununla dotasiya məbləği 74 milyon manat (26%) azalıb:
"Bu da Naxçıvan Muxtar Respublikasında həyata keçirilən islahatların bariz nəticəsidir". (qaynarinfo.az)