EN

Cəlilabadda avtomaşının qarşısına çıxan at qəzaya səbəb oldu

CƏLİLABAD, 4 noyabr. TELEQRAF

Cəlilabadda avtomaşının qarşısına çıxan at qəzaya səbəb olub.

Teleqraf-ın Cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt–Astara magistralında baş verib.

Sahədən çıxan at Cəlilabad rayonunun Maşlıq kənd sakini, 1978-ci il təvəllüdlü Anar Maşallah oğlu Bədəlovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə çırpılıb.

Nəqliyyat vasitəsi idarəetməni itirərək Yasin Yusif oğlu Nəsirovun idarə etdiyi ağır tonnajlı yük maşınına dəyib.

Qəza nəticəsində at hadisə yerində ölüb, sürücü A.Bədəlov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
30
5
teleqraf.com

5Sources