- “Timur Xüsusi Təyinatlı bölməsi”nin qüvvələri cəbhənin maddi-texniki təminatı üçün əsas ərazi olan Pokrovskda əməliyyatlarını davam etdirir. Rusiya qoşunları ilə şiddətli döyüşlər davam edir. Uğurlu desant əməliyyatından sonra müəyyən mövqeləri tutan BKİ döyüşçülərinə əlavə qüvvələr qoşulub”,- xəbərdə deyilir.
Həmçinin, Rusiya ordusunun Ukraynanın təchizat xətlərində atəş gücünü gücləndirməsinin qarşısını almaq üçün səylər də davam edir. BKİ-nin digər xüsusi təyinatlı bölmələri də bu sektorda döyüş tapşırıqlarını yerinə yetirirlər.
- Heyətlərin təhlükəsizliyi üçün əməliyyatların təfərrüatları hazırda açıqlanmır. Ukrayna Təhlükəsizlik və Müdafiə qüvvələrinin bütün strukturları ilə koordinasiyalı iş davam etdirilir”, - BKİ dəqiqləşdirib.
Yeri gəlmişkən, Ukrayna prezidenti Volodimir Zelenski BKİ-nin Pokrovskda keçirdiyi əməliyyatların təfərrüatlarından hətta özünün də xəbərsiz olduğunu iddia edib. Onun sözlərinə görə, düşmənin diqqətinin azdırılması üçün belə əməliyyatların detallarının açıqlanmaması normal haldır.
— Ahmadov (@BigAhmadov) November 4, 2025
Sahil İsgəndərov
AzVision.az