ain.az, Azvision portalına istinadən məlumat yayır.
AzVision.az xəbər verir ki, Ukrayna Müdafiə nazirliyi BKİ-nin Telegram-kanalı belə məlumat yayıb. - “Timur Xüsusi Təyinatlı bölməsi”nin qüvvələri cəbhənin maddi-texniki təminatı üçün əsas ərazi olan Pokrovskda əməliyyatlarını davam etdirir. Rusiya qoşunları ilə şiddətli döyüşlər davam edir. Uğurlu desant əməliyyatından sonra müəyyən mövqeləri tutan BKİ döyüşçülərinə əlavə qüvvələr qoşulub”, - xəbərdə deyilir. Həmçinin, Rusiya ordusunun Ukraynanın təchizat xətlərində atəş gücünü gücləndirməsinin qarşısını almaq üçün səylər də davam edir. BKİ-nin digər xüsusi təyinatlı bölmələri də bu sektorda döyüş tapşırıqlarını yerinə yetirirlər. - Heyətlərin təhlükəsizliyi üçün əməliyyatların təfərrüatları hazırda açıqlanmır. Ukrayna Təhlükəsizlik və Müdafiə qüvvələrinin bütün strukturları ilə koordinasiyalı iş davam etdirilir”, - BKİ dəqiqləşdirib. Yeri gəlmişkən, Ukrayna prezidenti Volodimir Zelenski BKİ-nin Pokrovskda keçirdiyi əməliyyatların təfərrüatlarından hətta özünün də xəbərsiz olduğunu iddia edib. Onun sözlərinə görə, düşmənin diqqətinin azdırılması üçün belə əməliyyatların detallarının açıqlanmaması normal haldır.
pic.twitter.com/E1Y0e4k2ar
— Ahmadov (@BigAhmadov) November 4, 2025
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.