EN

Nazir: “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında 50 sahibkarlıq subyekti qeydiyyatdan keçib

BAKI, 4 noyabr. TELEQRAF

İşğaldan azad edilmiş ərazilərdə genşmiqyaslı bərpa-quruculuq tədbirlərinin həyata keçirilməsi istiqamətində müxtəlif sahələri əhatə edən bir sıra layihələrin icrası məqsədilə 2021-2025-ci illər ərzində dövlət büdcəsindən 22 milyard manatdan çox vəsait ayrılıb
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə əlverişli biznes və investisiya mühitinin formalaşdırılması məqsədilə yaradılan “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında 50 sahibkarlıq subyekti rezident, 7 sahibkarlıq subyekti qeyri-rezident kimi qeydiyyatdan keçib: “1 oktyabr 2025-ci il tarixinədək 508 sahibkarlıq subyektinə 612 investisiya təşviqi sənədi təqdim edilmişdir. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 7,4 milyard manata yaxın investisiyanın yatırılması, 44 mindən çox iş yerinin açılması nəzərdə tutulub”.

Chosen
48
teleqraf.com

1Sources