EN

Ermənistanda hakimiyyətyönlü bloger öldürülüb

ain.az bildirir, Olke.az portalına istinadən.

Ermənistanda tanınmış bloger və hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü Şmavon Atoyan güllələnərək öldürülüb.

Ölkə.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, hadisə oktyabrın 25-də gecə yarısı Davtaşen rayonunda baş verib. Məlumata görə, 33 yaşlı Atoyan silahlı hücum nəticəsində ağır yaralanıb və xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunur ki, o, sosial şəbəkələrdə hakimiyyətə dəstək verən paylaşımları ilə tanınırdı. Cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, 30 yaşlı kişi saxlanılıb. Hadisənin motivləri araşdırılır.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
1
olke.az

2Sources