EN

TDT regional dialoq üçün getdikcə daha mühüm platformaya çevrilir - Baş katibin müavini

Bakı. Trend:

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzvölkələrin dövlət başçılarının 12-ci Zirvə toplantısında qəbulolunan qərarlar Təşkilatın regional siyasi və strateji dialoq üçüngetdikcə daha mühüm platformaya çevrildiyini bir dahatəsdiqlədi.

Trend xəbər verirki, bunu bu gün TDT baş katibinin müavini Ömer Kocaman TDTAğsaqqallar Şurasının Bakıda keçirilən 18-ci iclasındabildirib.

“Əgər ilk illərdə Təşkilat əsasən iqtisadiyyat, təhsil vəmədəniyyət məsələləri ilə məşğul idisə, indi o, siyasət vətəhlükəsizlik sahəsində də fəal şəkildə fəaliyyət göstərən stratejibir platformaya çevrilib,” - deyə Kocaman qeyd edib.

Onun sözlərinə görə, Qəbələ Bəyannaməsi türk ölkələrinin yenibeynəlxalq təhlükəsizlik arxitekturasına uyğunlaşaraq həmrəylikruhunda hərəkət etmək əzmini vurğulayır.

“Bəyannamədə, həmçinin, Türk dövlətlərinin müdafiə sənayesi,terrorizm, ekstremizm, kibertəhdidlər və transmilli risklərləmübarizəni əhatə edən kompleks təhlükəsizlik sistemininformalaşdırılması təşəbbüsü də əksini tapıb. Liderlər, həmçinin,Əfqanıstan, Qəzza, Suriya və Ukrayna məsələlərinə toxunaraq,regional məsuliyyətin və Türk dövlətlərinin sülhməramlı proseslərdəiştirakının vacibliyini vurğulayıblar”, - deyə Kocaman əlavəedib.

Məqalədə:
Chosen
64
1
az.trend.az

2Sources