
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etdiyini bildirib.
Missiya.Az xəbər verir ki, o bunu “Sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu, Azərbaycandan nəinki gözlənilməz, həm də müsbət bəyanatın verildiyi hallardan biridir.
"Bu qərar əvvəlcədən o miqyasda müzakirə olunmayıb, bizdə sadəcə olaraq məlumat var idi ki, qatarın gələcəyi ilə bağlı ümumi anlayış var və Azərbaycan Prezidentinin bəyanatı bizim üçün gözlənilməz oldu", - deyə Paşinyan vurğulayıb.
Daşqın HəsənovMissiya.Az