EN

Tramp: “Zöhran Məmdani Nyu York meri seçilsə, federal yardımı kəsəcəyəm”

ain.az bildirir, Dogru.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp Demokratlar Partiyasının namizədi Zöhran Məmdani Nyu-York meri seçkilərində qalib gələrsə, şəhərə ayrılan hökmət yardımını dayandırmaqla hədələyib.

Doğru.az xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib.

“Kommunist namizəd Zohran Mamdani Nyu-York meri seçkilərində qalib gəlsə, mənim şəhərə minimumdan çox federal vəsait ayırmağım ehtimalı azdır”, – Tramp yazıb.

O, əlavə edib ki, Mamdani qalib gələrsə, Nyu-Yorkun iqtisadi və sosial fəlakətlə üzləşəcəyinə qəti şəkildə inandığını bildirib.

Xatırladaq ki, sentyabr ayında Donald Tramp San-Fransisko, Çikaqo və Nyu-York kimi şəhərlərdə cinayətkarlıq problemini həll edəcəyinə söz vermişdi.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
1
dogru.az

2Sources