EN

“MedAura” klinikasında Yaqub Əsədinin səhv əməliyyatı: Gənc qız komaya

Bakıda "MedAura” klinikasında gənc qız əməliyyat zamanı komaya düşüb. 

Bu barədə xəstənin yaxınları moderator.az-a şikayət ediblər.

media-medd
Məlumata görə, Budaqlı Nigar İlham qızı 30.04.2025-ci il tarixində Bakıdakı "MedAura” klinikasında burun nahiyəsindən cərrahiyyə-plastik əməliyyat (rinoplastika) olunub. Əməliyyat zamanı həkimlərin səhlənkarlığı nəticəsində Nigar koma (kliniki ölüm) vəziyyətinə düşüb. Əməliyyat cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva həyata keçirib.

media-71
Şikayətçinin sözlərinə görə, faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılsa da, 6 aydan artıq müddət keçməsinə baxmayaraq, həkimlər barəsində qanuni tədbir görülməyib.

media-qaa

Xəstənin ailə yaxınları bildirir ki, ekspert rəyinə əsasən, xanımın ağır vəziyyətə düşməsi məhz həkimlərin səhvi ucbatından baş verib.

Mövzu ilə bağlı qarşı tərəfin fikirlərini də dərc etməyə hazırıq.
media-33
media-011

Qeyd edək ki, "MEDAURA Klinikası”nın sahibi isə Nihat Zeynallıdır.

media-977

 



Chosen
21
18
7news.az

10Sources