EN

Palata: İnflyasiya gözləniləndən yüksək olacaq

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ilin 9 ayında istehsalçı qiymətləri üzrə indekslərin artım tempi sürətlənmiş, bu qiymət indeksləri orta illik qiymətləndirmədə qeyri neft-qaz sənayesi üzrə 4,6% (əvvəlki ilin müvafiq dövrü üzrə 2,4%), kənd təsərrüfatı məhsulları üzrə 9% (əvvəlki ilin müvafiq dövrü üzrə 3,7%) artıb.

Sherg.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənddə qeyd edilir ki, 2025-ci ilin dövlət büdcəsi layihəsində orta illik inflyasiya 4,6% proqnozlaşdırılıb, 2026-cı ilin büdcə layihəsi tərtib olunan zaman 2025-ci ilin gözlənilən rəqəmi 5,4%-ə yüksəldilib:

"Dəqiqləşdirilmənin əsas səbəbləri kimi cari ilin ötən dövründə faktiki inflyasiya, dünya üzrə əmtəə və ərzaq qiymətləri və bunun idxal qiymətlərinə təsiri, həmçinin tənzimlənən mal və xidmət dəyişiklikləri göstərilib. Hesablama Palatası təhlillərlə inflyasiyanın gözlənilən rəqəmdən az olmayacağı (nisbətən yüksək olacağı) qənaətinə gəlib.

Təqdim olunan “Büdcə zərfi”nə əsasən, növbəti ildə orta illik inflyasiyanın 4,8% olacağı proqnozlaşdırılır. Hesabat dövründə qiymətləri dövlət tərəfindən tənzimlənən bəzi məhsul və xidmətlərin qiymət artımının laq effekti, eləcə də cari ilin gözlənilən rəqəmi nəzərə alındıqda, növbəti il üzrə inflyasiyanın proqnozlaşdırılması zamanı optimist yanaşmanın tətbiq edildiyi qənaətinə gəlinir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
2
sherg.az

4Sources