EN

“Azərbaycan yeni logistik məkan kimi dünya ticarəti və iqtisadiyyatının mərkəzinə çevriləcək”

ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

“Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də, Azərbaycan ərazisindən üçüncü bir ölkəyə yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaranacaq. Məlumdur ki, Zəngəzur dəhlizinin reallaşması türk dünyasının quru nəqliyyatı ilə birləşməsinə də imkan yaradacaq. Bu səbəbdən də Zəngəzur dəhlizi türk dünyasının birləşməsində də əhəmiyyətli rola malikdir. Orta Dəhlizin səmərəliliyinin artması ilə Xəzər dənizində Azərbaycanla həyata keçirilə biləcək layihələr, o cümlədən Naxçıvan və Rusiya ilə nəqliyyat, enerji əməkdaşlığı sahəsində Türkiyənin regiondakı strateji mövqeyinin əhəmiyyəti artacaq. Zəngəzur dəhlizinin açılması ilə Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma qabiliyyəti artacaq ki, bu da Şərq-Qərb ticarətinin artmasına müsbət töhfə verəcək”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib.

Deputat həmçinin deyib ki, bu dəhliz vasitəsilə Avropadan gələn mal və sərnişinlər şərq ölkələrinə çatdırılacaq: “Beləliklə, Azərbaycan yeni logistik məkan kimi dünya ticarəti və iqtisadiyyatının mərkəzinə çevriləcək. Təbii ki, Zəngəzur dəhlizinin açılması Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımalarını da sürətləndirəcək. Azərbaycanda böyük Şərq-Qərb və Şimal-Cənub beynəlxalq dəhlizləri kəsişir.

Zəngəzur dəhlizinin mövcudluğu Cənubi Qafqazda regional əməkdaşlığa və iqtisadi inkişafa transformativ təsir göstərməyə qadirdir”.

M.Cəfərovun bildirdiyinə görə, bu dəhlizin açılması regionda uzun müddətdir davam edən gərginliyi potensial olaraq yumşaldaraq yeni əlaqə və əməkdaşlıq dövrünün simvolu olacaq: “Dəhlizin inkişafı təkcə Azərbaycan və Ermənistan üçün əhəmiyyətli deyil, həm də beynəlxalq ticarət və geosiyasi uyğunlaşmalar üçün daha geniş təsirlərə malikdir”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
34
icma.az

1Sources