EN

Kriştianu Ronaldu milyarder olması barədə suala ironik cavab verib

Portuqaliyalı ulduz: Yox, bu, həqiqət deyil, mən bir neçə il əvvəl milyarder olmuşam...

Poliqon xəbər verir ki, Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu məşhur jurnalist Pirs Morqanın onun maliyyə vəziyyəti ilə bağlı verdiyi suala ironik cavab verib. Bu epizod futbolçunun YouTube kanalında yayımlanan yeni müsahibəsinin anonsunda yer alıb.

Pirs Morqan Ronalduya “Keçən həftə milyarder oldunmu?” sualını ünvanlayıb. Bu, Bloomberg nəşrinin oktyabrda dərc etdiyi xəbərlə əlaqədar idi. Həmin məlumata görə, Ronaldu tarixdə ilk futbolçu-milyarder adını qazanıb, onun sərvəti isə 1,4 milyard dollar dəyərində qiymətləndirilib.

Ronaldu isə bu xəbərə zarafatla cavab verib: “Yox, bu, doğru deyil. Mən milyarder bir neçə il əvvəl olmuşam”, – deyə gülümsəyərək bildirib.

Qeyd edək ki, 39 yaşlı hücumçu ötən mövsümdə “Əl-Nəsr”in heyətində bütün turnirlərdə 41 oyunda 35 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Cari mövsümdə isə komanda artıq 5 oyunda 15 xal toplayaraq Səudiyyə Ərəbistanı çempionatının lideridir.

Ronaldu 2023-cü ilin yanvarından “Əl-Nəsr” klubunda çıxış edir və ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb. Qeyd olunur ki, ölkə qanunvericiliyi evli olmayan kişilərin və qadınların birgə yaşamasına icazə verməsə də, futbolçuya istisna tətbiq olunub və o, uşaqlarının anası ilə eyni evdə yaşamağa rəsmi icazə alıb.

Poliqon.info

Chosen
46
poliqon.info

1Sources