EN

Ərdoğan Ermənistana səfər edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı gələn ilin mayında keçiriləcək Avropa Siyasi Birliyinin (APC) sammitində iştirak etmək üçün İrəvana dəvət etdiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə bu barədə Ermənistanın baş naziri İrəvanda keçirilən “Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” forumunun iştirakçıları qarşısında çıxışı zamanı bildirib.

Paşinyan Ərdoğanın dəvəti qəbul edib sammitdə iştirak edəcəyinə ümid etdiyini bildirib.

Siyasətçi əlavə edib ki, Ermənistan  Azərbaycan və Türkiyə ilə institusionallaşmış, daimi əlaqələr qurub və Yerevan ilə Ankara arasında münasibətlər “düzgün yoldadır”.

Baş nazirin sözlərinə görə, sərhədlərin açılması və ölkələr arasında diplomatik əlaqələrin qurulması zamanın işidir.

Chosen
41
1
operativmm.az

2Sources