EN

Hökumət Naxçıvana ayrılan dotasiyanı niyə azaldılır? - SƏBƏB

Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına dotasiyaların azalmasının səbəbi açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev məlumat verib.

Nazir deyib ki, növbəti il Naxçıvanın Muxtar Respublikanın gəlirləri 52 milyon manat və ya 24% artır, xərclər isə 22 milyon manat azalır: “Nəticədə Naxçıvana dotasiya məbləği 74 milyon manat azalıb. Bu da Naxçıvan Muxtar Respublikasında həyata keçirilən islahatların bariz nəticəsidir”.

Chosen
71
4
modern.az

6Sources