EN

"İlham Əliyevin hər bir çağırışı gələcəyimiz üçün mühüm yol xəritəsidir" - Deputat

"Bu gün elm və təhsil təkcə inkişaf etmiş ölkələrin deyil, ümumilikdə dünyanın əsas prioritetlərinin tərkib hissələrindən biridir. Hazırda metodologiyalar və texnologiyalar kökündən dəyişməkdə, elm öz inkişafında böyük dəyişikliklərə məruz qalmaqdadır.  Son 22 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev ilk gündən “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürərək təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılması istiqamətində biri-birindən önəmli addımlar atır". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Parlamentari bildirib ki, Prezident İlham Əliyevin çıxışlarında, gənclərlə görüşlərində hər bir ölkənin bu günü və gələcəyinin təhsillə bilavasitə bağlı olduğu önə çəkilərək ölkəmizdə təhsilin və elmin inkişafı istiqamətində atılan addımlardan bəhs edilməklə yanaşı, hədəflər də açıqlanır.

Milli Məclisin deputatı qeyd edib ki, dövlət başçısı İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda bütün bu məqamlara bir daha diqqəti yönəltdi. Akademiyanın 80 il ərzində böyük yol keçdiyini, Azərbaycanda elmin inkişafında aparıcı rol oynadığını önə çəkən Prezident İlham Əliyev vurğuladı ki, bu illər ərzində biz müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirirdi. Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi.

Hələ ötən əsrin 70-ci illərində Onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsait ayrıldı. Bu siyasət müstəqillik illərində də davam etdirildi. Ulu Öndərin təşəbbüsü ilə ötən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmişdir və ölkəmizdə intellektual potensial daha da güclənmişdir. Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərində təhsil alırlar. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdır və ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər. Dövlətimizin başçısı bu məqamı da yığıncaq iştirakçılarına xatırlatdı ki, 10 il bundan əvvəl - Akademiyanın 70 illiyində bax bu salonda alimlər qarşısında çıxış etmişdim. Son 10 ildə həm dünyada, həm Azərbaycanda köklü dəyişikliklər baş verdi.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanın uğurlarının zirvəsində təbii ki, tarixi Zəfərimiz dayanır. Onun hər bir mərhələsi, hər bir günü öyrənilir, öyrənilib və bir çox beynəlxalq hərbi ali məktəblərində də tədqiq edilir. O cümlədən pilotsuz uçuş aparatlarının tətbiqi xüsusi qeyd edilir. 

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla zəngindir. Onların həyata keçirilməsi üçün ölkəmiz hər bir sahədə böyük potensiala, təcrübəyə malikdir. Hər bir çağırış gələcəyimiz üçün mühüm yol xəritəsidir. Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin qeyd olunduğu 2015-ci ildən bizləri ayıran 10 ilik zaman Azərbaycanın tarixinə möhtəşəm uğurları yazdı. Bu gün hər birimiz Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ilə qürur duyuruq.

Chosen
30
1
unikal.az

2Sources