Gələn il manatın məzənnəsinin sabit qalacağı gözlənilir.
FEDa.z xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Azər Əmiraslanov deyib.
Komitə bildirib ki, iqtisadiyyatımızda müşahidə edilən ciddi struktur dəyişiklikləri büdcə zərfində də görünür. (Apa)