EN

Aysun: Atası qızımla görüşməyib, süni intelellektdir

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Müğənni Aysun İsmayılova keçmiş ərindən danışıb.

Milli.Az xəbər verir ki, sənətçi ilk dəfə bir müddət öncə sosial şəbəkədə yayılan qızının atası ilə görüş kadrlarına aydınlıq gətirib:

"Qızım atası ilə görüşməyib. Onlar fotoşopdur. Süni intellektdən istifadə ediblər. Həmin görüş olmayıb. Onlara səslənirəm ki, övladımın gələcəyi var. Səhifələrinizə baxış yığmaq üçün süni intellektlə bunları birləşdirməyin. Bunu etməyin, ayıbdır. Niyə lazımdır? O insanın artıq öz ailəsi var, yolunu seçib. Mənim isə öz həyatım var. Qızımın gələcəyi üçün çalışıram. Yoxdur bitdi, vəssəlam".

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
2
news.milli.az

3Sources