EN

2026-cı ildə xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanmasına nə qədər vəsait ayrılacaq?

2026-cə ildə dövlət büdcəsindən Diasporla İş üzrə Dövlət Komitəsinə ayrılacaq vəsaitin miqdarı məlum olub.

Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində tədbirlər, Azərbaycan xalqının tarixi və mədəni irsinin təbliği ilə bağlı tədbirlər, digər xalqların diasporları ilə əlaqələr və lobbi quruculuğu ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinə 7 100 000 manat (cari il səviyyəsində) vəsait nəzərdə tutulur.

Chosen
45
2
day.az

3Sources