EN

“Azəristiliktəchizat"a ayrılan subsidiyalar 11,3 milyon manat azaldılır

BAKI, 4 noyabr. TELEQRAF

İstilik təchizatı üzrə göstərilən xidmətlərə görə satış tarifinin məhsulun maya dəyərindən aşağı olması hesabına yaranmış zərərin örtülməsi üçün “Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinə növbəti il üçün 33,8 milyon manat məbləğində subsidiya nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bu barədə 2026-cı ilin büdcə zərfi layihəsində qeyd edilib.

Qeyd edək ki, 2024-cü ildə bu quruma dövlət büdcəsindən 46 milyon 505 min 310 manat (12,7 milyon manat az) subsidiya ayrılıb. 2025-ci ildə istilik təchizatı üzrə göstərilən xidmətlərə görə satış tarifinin məhsulun maya dəyərindən aşağı olması hesabına yaranmış zərərin örtülməsi üçün “Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinə 45 milyon 169 min 357 manat nəzərdə tutulub. Bu da növbəti ilin proqnozundan 11 milyon 369 min 357 manat çox olub.

Chosen
79
teleqraf.com

1Sources