EN

Səkkiz ayda azad edilmiş ərazilərdə 55 layihə maliyyələşdirilməyib - RƏY

Bakı. Trend:

Bu ilin ilk 8 ayında Qarabağ və Şərqi Zəngəzurda 55 layihəninmaliyyələşməsi aparılmayıb.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunanAzərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinəAzərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksinitapıb.

“Cari ilin ilk 8 ayında yüksək icra fonunda işğaldan azadolunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ildə12 sifarişçi üzrə 55 layihənin maliyyələşməsinə nəzərdə tutulmuş214,6 milyon manat vəsaitdən hesabat dövründə ümumiyyətləmaliyyələşmə aparılmaması əvvəlki illərdə olduğu kimi keçidlayihələrin artması ilə yanaşı, ilin sonunda qalıq vəsaitinyaranacağını, eləcə də “Azərbaycan Respublikasının işğaldan azadedilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nınicrasının uzadılmasını şərtləndirir”, - məlumatda vurğulanıb.

Sənədə əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 82milyon 83,8 min manat məbləğində 13, Şuşa Şəhəri Dövlət Qoruğuİdarəsinin 59 milyon 775,5 min manat dəyərində 3, MədəniyyətNazirliyinin 27 milyon 413,4 min manat məbləğində 8, "Cəbrayıl,Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetməXidməti" Publik Hüquqi Şəxsin 12 milyon 398,1 min manat dəyərində11, "Təmiz Şəhər" ASC-nin 9 milyon manat dəyərində 1, AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyinin 7 milyon 419,4 min manatməbləğində 7, Elm və Təhsil Nazirliyi 6 milyon 975,9 min manatdəyərində 2, Qazax Rayon İcra Hakimiyyətinin 5 milyon manatməbləğində 1, 1 məxfi qurumun 3 milyon manat dəyərində 3, KəndTəsərrüfatı Nazirliyi 850 min manat dəyərində 4, "Ağdam, Füzuli vəXocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" PublikHüquqi Şəxsin 457,9 min manat məbləğində 1, "Azərenerji" ASC-nin218,6 min manat məbləğində 1 layihəsinin maliyyələşməsiaparılmayıb.

Məqalədə:
Chosen
28
6
az.trend.az

10Sources