EN

Gələn il neft gəlirləri azalacaq, qeyri-neft gəlirləri isə 10 faizdən çox artacaq

BAKI, 4 noyabr. TELEQRAF

Gələn il proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 42,6 faizi və ya 16 milyard 435 milyon manatı neft-qaz sektorunun, 57,4 faizi və ya 22 miyard 174 milyon manatı qeyri neft-qaz sektorunun payına düşür.

Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

2025-ci il dövlət büdcəsinin proqnoz göstəricisi ilə müqayisədə neft-qaz sektorunun gəlirləri (Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert daxil olmaqla) 1 milyard 876 milyon manat və ya 10,2 faiz az, qeyri neft-qaz sektorunun gəlirləri isə 2 milyard 129 milyon manat və ya 10,6 faiz çox olacaq.

2024-cü ilin icrası ilə müqayisədə neft-qaz sektorunun gəlirləri 1 milyard 126,6 milyon manat və ya 6,4 faiz az, qeyri neft-qaz sektorunun gəlirləri isə 2 milyard 573,8 milyon manat və ya 13,1 faiz çox proqnozlaşdırılır.

Chosen
47
teleqraf.com

1Sources