Başqırdıstanın Sterlitamak şəhərində pilotsuz təyyarənin hücumu nəticəsində Sterlitamak Neft-Kimya Zavodunda emalatxana dağılıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın "Astra" "Telegram" kanalı Sterlitamakın yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
"Partlayışın səbəbi müəyyənləşdirilir", - məlumatda qeyd olunub.
Görüntülərə görə, yerli vaxtla səhər saat 6:22 və 7:09-da ən azı iki partlayış şəhəri silkələyib.
Daha sonra Rusiyanın Başqırdıstan rəhbəri vəzifəsini icra edən Radiy Xabirov bildirib ki, iki pilotsuz təyyarə Sterlitamak şəhərindəki sənaye kompleksinə hücum edib.