EN

“Ədibin Evi” yeni əsərlər gözləyir: Mir Cəlal adına hekayə müsabiqəsi başladı

Bakı, 4 noyabr, AZƏRTAC

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu ənənəvi müsabiqəsinə başlayıb. Mir Cəlal adına V hekayə müsabiqəsi qələm sahiblərindən yeni işlər gözləyir.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, 2026-cı il fevralın 1-dək davam edəcək müsabiqə həm peşəkar, həm də həvəskar yazarlara açıqdır. Hekayə müsabiqəsinin şərtləri bu dəfə də dəyişməz qalır. Təqdim edilən işlər:

-Azərbaycan dilində yazılmalı,

-həcmi 1500 sözdən çox olmamalı,

-yeni olmalı, əvvəllər çap və ya elektron şəkildə yayılmamalı,

-müəlliflərin adı, soyadı, əlaqə məlumatı ilə birgə növbəti il fevralın 1-dək elektron şəkildə [email protected] ünvanına göndərilməlidir.

-hekayə mövzusu sərbəstdir.

Müsabiqəyə 2026-cü il aprelin sonunda yekun vurulacaq.

Mükafat fondu:

I yer üçün 3000 manat,

II yer üçün 2000 manat,

III yer üçün 1000 manat nəzərdə tutulub.

İlk dəfə 2017-ci ildə elan edilən Mir Cəlal adına hekayə müsabiqəsinə bu günə qədər iki mindən çox hekayə təqdim olunub.

Müsabiqə Azərbaycan ədəbi irsinin tədqiq və təbliği ilə məşğul olan “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən keçirilir.

 

Chosen
43
1
azertag.az

2Sources