EN

Yaponiyanın baş naziri Trampı Nobel mükafatına namizəd göstərəcəyini təsdiqləməyib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Yaponiyanın yeni baş naziri Sanae Takaiçi ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcəyinə dair yayılan məlumatları nə təsdiqləyib, nə də təkzib edib. Bu məsələ Yaponiya parlamentində keçirilən müzakirələr zamanı gündəmə gəlib. Deputatlardan birinin sualını cavablandıran Takaiçi yalnız "cavab verməkdən çəkinirəm" deyə bildirib. Bundan əvvəl Ağ Evin mətbuat katibi Karoline Livitt media nümayəndələrinə açıqlamasında Tokioda keçirilmiş ikitərəfli danışıqlar zamanı Takaiçinin Trampı Nobel Sülh Mükafatına namizəd göstərmək niyyətində olduğunu dediyini bildirmişdi.
Qeyd edək ki, Donald Tramp daha əvvəl dəfələrlə özünü Nobel Sülh Mükafatına layiq hesab etdiyini söyləyib. 10 oktyabrda isə Nobel Komitəsi builki mükafatın Venesuela parlamentinin müxalifətçi sabiq deputatı Mariya Korina Maçadaya verildiyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
41
olaylar.az

1Sources