EN

"Mövqeyimizi qorumaq üçün..." - Faiq Hacıyev

Misli Premyer Liqasının 10-cu turunda evdə "Şamaxı"nı 2:1 hesabı ilə məğlub edən "Turan Tovuz" turnir cədvəlində lider mövqeyindədir.  

Qərb təmsilçisinin müdafiəçisi Faiq Hacıyev süni ot örtüyü təbii qazonla əvəzlənmiş doğma meydanda qazandıqları qələbə və 1-ci pillədə qərarlaşmaları ilə bağlı fikirlərini Fanat.Az-a bölüşüb:

"Şamaxı" ilə oyunun ağır keçəcəyini bilirdik. Həftə ərzində bu matça səylə hazırlaşmışdıq. Cari mövsüm doğma meydanda keçirdiyimiz  ilk ev oyununda qələbə qazanmağımız bizi həqiqətən sevindirdi. Ardını gətirməyə çalışacağıq. Hələ yolun başlanğıcındayıq. Mövqeyimizi qorumaq üçün bütün gücümüzlə mübarizə aparacağıq. Məqsədimiz daha çox qələbə qazanıb azarkeşlərimizi sevindirməkdir".

Nihat

Chosen
16
2
fanat.az

3Sources