Kamçatka sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
Ekologiya.az xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanlar iyulun 30-da baş vermiş seysmik hadisənin afterşokudur.
“Zəlzələnin episentri Sakit okeanda, Petropavlovsk-Kamçatski şəhər rayonundan 158 kilometr cənub-şərqdə yerləşib”, - məlumatda deyilir.
Regional paytaxtın bəzi ərazilərində 4 bal gücündə yeraltı təkanlar hiss olunub.
Sunami təhlükəsi bildirilməyib.