EN

Moskva və Pekin Ay stansiyasının tikintisi layihələrini dəstəkləyəcək.

Finss.az xəbər verir ki, Rusiya Federasiyası və Çin hökumət başçılarının 30-cu müntəzəm görüşünün yekunlarına dair birgə kommünikeyə əsasən, Rusiya və Çin kosmik fəaliyyətin bütün sahələrində əlaqələri dərinləşdirəcək və Beynəlxalq Elmi Ay Stansiyasının yaradılması layihələrini dəstəkləyəcəklər.

Sənəddə deyilir: "Roskosmos Dövlət Kosmik Korporasiyası və Çin Milli Kosmik Administrasiyası arasında 2023-2027-ci illər üçün kosmik əməkdaşlıq proqramı çərçivəsində layihələrin həyata keçirilməsi də daxil olmaqla, qarşılıqlı maraq doğuran kosmik fəaliyyətin bütün sahələrində əlaqələri dərinləşdirmək barədə razılığa gəldik".

Chosen
44
fins.az

1Sources