“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi tərcümə xidmətlərinə görə 59 944 AZN xərcləyib.
Tribunainfo.az-ın xəbərinə görə, xidmətləri “Ceta” MMC göstərir.
Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Ona görə də xidmətin konkret nədən ibarət olduğu məlum deyil.