EN

Müharibə səsləri yüksəlir: Qətər əmirinə sürpriz təklif

Kolumbiya prezidenti Qustavo Petro Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Taniyə sürpriz təklif edib.

Publika.az xəbər verir ki, Petro bu barədə "X" hesabında paylaşım edib.

O, paylaşımında Dohada Əl-Tani ilə görüşünü xatırladıb. Bildirib ki, görüş zamanı Əl-Taniyə Karib dənizi bölgəsində davam edən hərbi gərginliyi azaltmaq üçün tərəflər arasında vasitəçi kimi çıxış etməyi təklif edib:

"Mən ona ABŞ prezidenti Donald Trampla münaqişəni aradan qaldırmaq üçün vasitəçi olmasını təklif etdim. Biz kokaini ələ keçirməkdə dünyanın ən uğurlu hökumətiyik".

Chosen
43
publika.az

1Sources