EN

KXDR ABŞ müdafiə nazirinin səfəri ərəfəsində 10 raket atıb

KXDR ABŞ müdafiə nazirinin səfəri ərəfəsində 10 raket atıb

ABŞ müdafiə naziri Pit Hegsetin Koreya yarımadasının demilitarizasiya olunmuş zonasına səfərindən təxminən bir saat əvvəl Koreya Xalq Demokratik Respublikası (KXDR) müdafiə qüvvələri təxminən 10 raket buraxılışı həyata keçirib.

AFN.az xəbər verir ki, bununla bağlı "Yonhap" Cənubi Koreya ordusuna istinadən məlumat yayıb. Bildirilir ki, raketlər sursat yaylım atəşi sistemlərindən (RSZO) istifadə edilərək Sarı dəniz istiqamətində atılıb.

Məlumata əsasən, raket buraxılışları 3 noyabr saat 16:00-da (yerli vaxtla) qeydə alınıb. Həmin gün Cənubi Koreya və ABŞ müdafiə nazirləri 2017-ci ildən bəri ilk dəfə birgə şəkildə demilitarizasiya olunmuş zonanı ziyarət ediblər.

Bundan əlavə, Seulun məlumatına görə, KXDR ordusu 1 noyabrda da təxminən 10 raket buraxıb. Həmin vaxt Cənubi Koreyanın Kyoncu şəhərində Koreya Respublikası ilə Çin arasında sammit keçirilirdi. Toplantı öncəsi Cənubi Koreya rəhbərliyi bəyan etmişdi ki, Koreya yarımadasının nüvəsizləşdirilməsi liderlər arasında müzakirə mövzularından biri ola bilər.

Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi bildirib: “Ordumuz Şimali Koreyanın fəaliyyətlərini diqqətlə izləyir və Cənubi Koreya ilə ABŞ arasında yüksək birgə döyüş hazırlığı səviyyəsi qorunur.”

Chosen
30
afn.az

1Sources