
Bu gün Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turunda 9 matç keçiriləcək.
Missiya.Az xəbər verir ki, günün ilk qarşılaşması "Napoli" (İtaliya) – "Ayntraxt" (Frankfurt, Almaniya) və "Slaviya" (Çexiya) – "Arsenal" (İngiltərə) komandaları arasında baş tutacaq.
Gecənin ən çox maraqla gözlənilən oyunları İngiltərə və Fransada olacaq. Belə ki, "Liverpul" doğma meydanında "Real"ı, “PSJ” isə "Bavariya"nı qəbul edəcək.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü turunda bu gün aşağıdakı oyunlar keçiriləcək
21:45. "Napoli" (İtaliya) – "Ayntraxt" (Frankfurt, Almaniya)
21:45. "Slaviya" (Çexiya) – "Arsenal" (İngiltərə)
00:00. "Atletiko" (İspaniya) – "Yunion" (Belçika)
00:00. "Budo-Qlimt" (Norveç) – "Monako" (Fransa)
00:00. "Yuventus" (İtaliya) – "Sportinq" (Portuqaliya)
00:00. "Liverpul" (İngiltərə) – "Real" (İspaniya)
00:00. "Olimpiakos" (Yunanıstan) – PSV (Niderland)
00:00. PSJ (Fransa) – "Bavariya" (Almaniya)
00:00. "Tottenhem" (İngiltərə) – "Kopenhagen" (Danimarka)
Daşqın HəsənovMissiya.Az