EN

Yaponiyada üçüncü quş qripinə yoluxma halı təsdiqlənib

Bakı, 4 noyabr, AZƏRTAC

Yaponiyanın mərkəzi Niiqata prefekturasındakı quşçuluq fermasında yüksək patogenli quş qripinin baş verməsi təsdiqlənib.

AZƏRTAC Yaponiyanın “Jiji press” agentliyinə istinadla xəbər verir ki, prefektura hökuməti ümumilikdə 630 min toyuğun məhv ediləcəyini bildirib. Qeyd edilib ki, ilkin virus testi müsbət nəticə verib və ətraflı genetik analiz aparılıb.

Qeyd edək ki, bu, Yaponiyada quşçuluq fermasında təsdiqlənmiş üçüncü quş qripinə yoluxma halıdır. Ölkədə ilk yoluxma hadisəsi oktyabrın 22-də Hokkaydonun ən şimal prefekturasındakı Şiraoi şəhərində, ardınca isə bazar günü Hokkaydoda olan Eniva şəhərində qeydə alınıb.

Chosen
35
1
azertag.az

2Sources