EN

Tanınmış aparıcı anasını öldürdü - FOTO

Tanınmış aparıcı Angelynn Mock anasını qətlə yetirməkdə ittiham olunur.

Milli.Az xəbər verir ki, ABŞ-nin Kanzas ştatında yaşayan, "Fox 2" televiziya kanalında aparıcılıq etmiş Angelynn Mock anasını bıçaqlayaraq öldürməkdə təqsirli bilinir.

Hadisə Viçita şəhərində baş verib. Polis hadisə yerinə çatanda 80 yaşlı Anita Aversi yataqdan meyitini tapıb. Qadının bədənində çoxsaylı bıçaq zərbələri aşkarlanıb. Tibbi yardım göstərilsə də, onun həyata qaytarmaq mümkün olmayıb.

Hazırda cinayətin səbəbləri araşdırılır. Rəsmilər hadisənin motivi barədə hələlik məlumat verməyiblər.

Qeyd edək ki, Angelynn Mock 2011-2015-ci illərdə Fox 2 kanalında aparıcı və müxbir kimi çalışıb. Son illərdə isə o, özəl sektorda, müxtəlif şirkətlərdə fəaliyyət göstərib.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
47
2
milli.az

3Sources