Banco.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Müəllif:Mehin Qasımova,Banco.az
"Alphabet" şirkətinə məxsus "Waymo" ABŞ-ın Detroit, Las-Veqas və San Dieqo şəhərlərində sürücüsüz taksi (robotaxi) xidmətinə başlayacağını elan edib.
Banco.az xəbər verir ki, bu addım Waymo-nun avtonom avtomobil texnologiyası istehsalçısından kommersiya xidmətinə çevrilməsində növbəti mərhələ sayılır.
Waymo-nun baş direktoru Tekedra Mawakana bildirib ki, şirkət 2026-cı ilin sonuna qədər həftədə 1 milyon səfərə xidmət göstərməyi hədəfləyir. Hal-hazırda Waymo-nun xidmətləri Phoenix, San-Fransisko, Los-Anceles, Atlanta və Ostin şəhərlərində fəaliyyət göstərir.
Yeni mərhələdə "Waymo" sürücüsüz Jaguar I-Pace və Zeekr RT modellərini istifadə edəcək. Şirkət əvvəlcə bu avtomobilləri sınaq məqsədilə yollara çıxaracaq, daha sonra isə ictimaiyyət üçün kommersiya istifadəsinə açacaq.
"Waymo" 2026-cı ildə Denver, Mayami, Nashville, London, Seattle və Vaşinqtonda da xidmətini genişləndirməyi planlaşdırır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.