Mütəxəssislər Kamçatka yaxınlığında 6,3 maqnitudalı ikinci zəlzələ qeydə alıblar.
“İki sahil” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Zəlzələ Petropavlovsk-Kamçatskidən 158 km məsafədə baş verib. Episentri 38,2 km dərinlikdə yerləşib.
İlkin məlumatlara görə, regionun paytaxtında təkanın intensivliyi 4 bal qiymətləndirilib.
Bir saat əvvəl 6,2 maqnitudalı zəlzələ baş vermişdi. Sunami təhlükəsi elan olunmayıb.