Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəSumqayıt şəhəri, Kimyçılar qəsəbəsi ərazisində sursat aşkaredilməsi barədə məlumat daxil olub.
Trend xəbər verir ki, bubarədə FHN məlumat yayıb.
Məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli XilasetməXidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisəyerinə cəlb edilib.
Hüquq mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiqtəhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxışzamanı aşkar edilmiş sursatların 2 ədəd OF350 76 mm-lik yivli topmərmisi olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindənzərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanıbaşqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.