EN

“Microsoft” BƏƏ-nin texnoloji infrastrukturuna $8 milyard investisiya edəcək

“Microsoft” korporasiyası növbəti dörd il ərzində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyatına 7,9 milyard dollardan çox sərmayə yatıracağını elan edib, bu barədə “Bloomberg” agentliyi məlumat verib.

Bu vəsait məlumat emalı mərkəzlərinin və bulud hesablamalarının inkişafına, o cümlədən əməkdaşların sayının artırılmasına yönəldiləcək ki, bu da ölkənin qlobal texnoloji mərkəz kimi mövqeyini gücləndirəcək.

“Microsoft”un prezidenti Bred Smit BƏƏ-dəki layihələrdə istifadə olunan qabaqcıl “Nvidia” çiplərinin sayını demək olar ki, üç dəfə artırmaq planlarını açıqlayıb. Bu, şirkətin sentyabr ayında ABŞ hökumətindən əvvəllər ixracı məhdudlaşdırılmış bu kritik komponentlərin tədarükü üçün lisenziya alması sayəsində mümkün olub.

Ümumi məbləğin 5,5 milyard dollardan çoxu 2026-cı ilin əvvəlindən 2029-cu ilə qədər bulud və süni intellekt infrastrukturuna kapital xərcləri kimi yönəldiləcək. Əlavə 2,4 milyard dollar isə əməliyyat xərcləri və yerli mütəxəssislərin işə qəbulu üçün nəzərdə tutulub.

“Microsoft” artıq BƏƏ-nin iqtisadiyyatının şaxələndirilməsi prosesində əsas tərəfdaşlardan biridir. 2023-cü ilin əvvəlindən etibarən şirkət ölkəyə təxminən 5,8 milyard dollar sərmayə yatırıb, o cümlədən 1,5 milyard dollar Əbu-Dabidə yerləşən süni intellekt şirkəti “G42″yə. Ümumilikdə 2023–2029-cu illər ərzində “Microsoft”un BƏƏ-yə yatırdığı investisiyaların həcmi 15,2 milyard dollara çatacaq.

Chosen
45
banker.az

1Sources