EN

Əmtəə bazarlarında qızılın qiyməti 4 000 dollardan aşağı enib

Əmtəə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,46% azalaraq 3 995,35 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 0,48% azalaraq 47,818 ABŞ dolları olub.

Chosen
43
8
1news.az

10Sources