EN

Qoşa abidə

Şəhid İman və Bəhrəm Məmmədov qardaşlarının adı çəkiləndə bütün Azərbaycan xalqı qürur hissi keçirir. Dağlar diyarı Lerikin Kəlvəz kəndindən olan vətənpərvər qardaşlar 44 günlük haqq savaşımızda 30 il düşmənə əsir düşən Qarabağımızın xilaskar ərənləri kimi tarixin yaddaşına düşüblər və qazanılan qələbəmizin simvoluna dönüblər. 

Leriklilər öz şəhid oğullarının xatirəsini həmişə əziz tutur, adlarına layiqli işlər görürlər. Onların şərəfinə doğma Kəlvəz kəndində abidə də qoyublar. Bu günlər abidə kompleksinin açılış mərasimi keçirildi. Rayon Mədəniyyət Mərkəzinin dəstəyi sayəsində baş tutan tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin, rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Şəhid qardaşların atası Elman Məmmədov, Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov və şəhid valideynləri çıxışlarında Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlıqları, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolları barədə böyük iftixarla danışdılar. Qeyd olundu ki, məhz onların döyüş əzmi və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımız işğaldan azad edildi.

Natiqlər onu da vurğuladılar ki, bu möhtəşəm abidə gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində böyük əhəmiyyətə malikdir.

Z.ƏLİYEV, 

Lerik rayon sakini

1Sources